"Real Madrid"in baş məşqçisi Joze Mourinyo klubun yeni transferini tənqid edib.
 




Komandanın yeni fiqurlarından olan Bernardo Silvanın fiziki durumu ilə bağlı diqqətçəkən açıqlamalar verib.  
 
​Mourinyo Bernardo Silvanın komanda üçün çox vacib futbolçu olduğunu, lakin məzuniyyətə gedəndə futbolla əlaqəsini tam kəsdiyini bildirib.
 
​Mütəxəssis həmyerlisinin tətildə fərdi çalışmadığını və hazırkı fiziki göstəricilərinin gözlənilən səviyyədən aşağı olduğunu vurğulayıb.  
 
​Mourinyo 32 yaşlı yarımmüdafiəçinin optimal formuna qayıtması üçün bundan sonra intensiv şəkildə məşq etməli olduğunu qeyd edib. (Offsideplus.az)