Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi başlayıb.
Moderator.az xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində keçirilir.
Mərasimdə mərhum şairin ailə üzvləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, ədəbi-mədəni ictimaiyyət iştirak edirlər.
Avqustun 9-da dünyasını dəyişən şair Qurd qapısı qəbiristanlığında dəfn oluncaq.
Qeyd edək ki, Çingiz Əli oğlu Əliyev 1944-cü il iyunun 29-da Füzulidə anadan olub. Əmək fəaliyyəti dövründə "Gənclik" və Azərbaycan Dövlət nəşriyyatlarında baş redaktor, Mətbuat və İnformasiya Nazirliyində idarə rəisi vəzifələrində çalışıb. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Onun əsərləri bir çox xarici dillərə tərcümə olunub. Mədəniyyətin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə isə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb, eləcə də Belarusun "Fransisk Skorina" medalı ilə təltif edilib.