Ukrayna qoşunlarının Nijnekamsk şəhərinə hücumu nəticəsində 12 nəfər həlak olub, 39 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Nijnekamsk meri Radmir Belyayevin məlumatına görə, hazırda "kütləvi hava hücumunu" davam edir. O, bildirib ki, həm sənaye, həm də mülki obyektlərə hücum edilir.
Respublika rəhbəri Rüstəm Minnixanovun qərarı ilə Tatarıstanda matəm elan edilib.