İmişli rayonunda 29 yaşlı kişi balıq tutarkən boğulub.
 




Moderator.az bildirir ki, hadisə Araz çayının rayonun Göbəktala kəndinin ərazisindən keçən hissəsində baş verib.
 
Şəhər sakini 1997-ci il təvəllüdlü Elgün Vahid oğlu Həsənov çayda balıq tutarkən ehtiyatsızlıqdan çaya yıxılıb. O, çayda boğulub ölüb.
 
E.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. /oxu.az/