Moderator.az xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasimi futbolçunun doğma şəhəri Rosarioda ailəsi və dostlarından ibarət kiçik bir dairənin iştirakı ilə baş tutub.
Messinin atası uzun sürən xəstəlikdən sonra avqustun 7-də 69 yaşında vəfat edib.
Amerikanın "İnter Mayami" klubunun məşhur hücumçusu Lionel Messi atasının dəfn mərasimi üçün doğma yurduna gəlib.
Dəfn mərasimi El-Prado qəbiristanlığında keçirilib və burada yalnız ailənin ən yaxın qohumları və dostları iştirak edib.
Təhlükəsizlik səbəbi ilə qəbiristanlıq ərazisini çoxsaylı mühafizəçilər əhatəyə alıb.
Xorxe Messinin səhhətinin pis olması xəbəri 2026-cı il Dünya çempionatı zamanı yayılıb.