Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın baş verib.
 




Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
 
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
 
Hazırda açıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
 
Əlavə məlumat veriləcək.