Müəllimlik yalnız bir peşə deyil, gələcək nəsillərin formalaşmasına verilən böyük töhfədir. Bakı Slavyan Universiteti bu məsuliyyətli və şərəfli yolu seçən oğlan tələbələri xüsusi təqaüd imkanı ilə dəstəkləyir.


Moderator.az xəbər verir ki, universitetdə ibtidai sinif müəllimliyi və Xarici dil müəllimliyi ixtisaslarına qəbul olan oğlan tələbələr üçün təqaüd proqramı təqdim olunur.






Belə ki,450 baldan yuxarı nəticə göstərən və qeyd olunan ixtisaslara qəbul olan oğlan tələbələr üçün daxili təqaüd proqramı nəzərdə tutulub.


Gələcəyin müəllimi olmaq, yüksək nəticə göstərmək və peşəkar inkişaf yoluna BSU ilə başlamaq istəyirsənsə, bu fürsəti qaçırma!