İspaniyanın "Barselona" komandasının müdafiəçisi Ronald Arauxo icarə əsasında İngiltərə təmsilçisi "Liverpul"a keçib.


 






Moderator.az xəbər verir ki, bu barədə mersisaydlıların mətbuat xidməti məlumat yayıb.


 


İcarə müddəti 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.


 


Ronald Arauxo 2018-ci ildən "Barselona"nın formasını geyinir. Uruqvaylı müdafiəçi Kataloniya təmsilçisinin heyətində 213 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.


 


27 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsinin müddəti 2031-ci il iyunun 30-da başa çatacaq.