ABŞ Futbol Federasiyası FIFA-nı idarəetmə strukturunda dəyişikliklərə çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə federasiyasının mətbuat xidməti məlumat yayıb.
"ABŞ Futbol Federasiyası, Kanada Futbol Federasiyası, Karib Futbol İttifaqı və Mərkəzi Amerika Futbol İttifaqı digər həmkarları ilə birlikdə FIFA-nı idarəetmə, şəffaflıq və hesabatlılığı gücləndirəcək mühüm dəyişikliklərə çağırır", - deyə federasiyanın bəyanatında bildirilib.