Britaniyalı 97 yaşlı Betti Bromeyc hərəkətdə olan təyyarənin qanadında uçaraq öz dünya rekordunu yeniləyib.


Moderator.az xəbər verir ki, bu barədə “Ginnesin Rekordlar Kitabı”nın (GWR) rəsmi saytı məlumat yayıb.






Çeltenhem sakini bu ekstremal uçuşu artıq altıncı dəfə həyata keçirib. O, ilk rekordunu 2022-ci ildə 93 yaşında olarkən müəyyənləşdirib.


Bromeycin sözlərinə görə, görmə qabiliyyətinin zəifləməsi səbəbindən avtomobil idarə etməkdən imtina etdikdən sonra ekstremal uçuşlar onun üçün yeni həyəcan mənbəyinə çevrilib.


97 yaşlı qadın 2025-ci ilin avqustunda insult keçirməsinə baxmayaraq, bu il yenidən rekord cəhdinə qatılıb.


Bromeyc həmçinin bu uçuş vasitəsilə müalicə aldığı Çeltenhem Xəstəxanasının reabilitasiya şöbəsi üçün vəsait toplamağı hədəfləyib.