Ağstafada kişi meyiti aşkarlanıb.
 




Moderator.az APA-ya istinadla bildirir ki, meyit Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb.
 
Meyiti aşkarlanan şəxsin rayon sakini, 46 yaşlı Z. Yolçiyev olduğu müəyyənləşdirilib.
 
Ölümün səbəbi hələlik məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.