Bu ilin iyul ayı ABŞ-nin kontinental hissəsində bütün meteomüşahidələr tarixi ərzində ən isti ay olub.


Moderator.az-ın "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsindən (NOAA) məlumat verilib.






NOAA-nın məlumatına görə, ötən ay orta temperatur 76.89 dərəcə Farenheyt (təxminən 25 dərəcə Selsi) təşkil edib.


Buna baxmayaraq, Alyaskada hava qeyri-adi dərəcədə sərin olub, daha isti hava 48 ştatda müşahidə edilib.


NOAA proqnozlaşdırır ki, avqust ayında ABŞ-nin kontinental hissəsinin böyük ərazisində havanın temperaturu orta səviyyədən yuxarı olacaq.


Qeyd edək ki, iyul ayı üçün əvvəlki rekord 1936-cı ildə, ABŞ-də quraqlıq baş verdiyi zaman qeydə alınıb.