Macarıstan parlamenti ölkənin Ali Məhkəməsinin keçmiş sədri Andraş Bakanı yeni prezident seçib.


Moderator.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.






Məlumata görə, Bakanın namizədliyini 140 deputat dəstəkləyib, 6 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.


Baka prezident andını içib və avqustun 19-da vəzifəsinin icrasına başlayacaq.