Lənkəran rayonunda meşədə iki nəfərin meyiti tapılıb.


Moderator.az-ın məlumatına görə, hadisə rayonun Havzava kəndində baş verib.






Meyitləri "İbadi" deyilən meşəlik ərazidə tapılan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın qohum olduqları, bir neçə gündür ailə üzvləri tərəfindən axtarıldıqları deyilir.


Faktla bağlı araşdırmalar davam etdirilir.