Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə, “Sirkon” raketləri və KAB-larla zərbələr endirib.


Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında bildirib.






“Bu, maksimum zərəri məhz mülki infrastruktura vurmaq məqsədilə hesablanmış amansız hücumdur. Təəssüf ki, hazırda şəhərdə 6 nəfərin öldüyü, 19 nəfərin yaralandığı məlumdur”, - Ukrayna lideri qeyd edib.


Zelenksinin sözlərinə görə, Donetsk, Dnepropetrovsk və Nikolayev vilayətlərinə də zərbələr endirilib. Raketlərlə yanaşı, Ukrayna ərazisinə 120-dən çox dronla hücum həyata keçirilib.


“Rusiyanın hər bir addımı – ballistik raketlərin istehsalının artırılması, Şimali Koreyanın vasitələrindən istifadə, səfərbərliyə hazırlıq – bütün bunlar göstərir ki, Moskva sülhə deyil, eskalasiyaya hazırlaşır”, - o vurğulayıb.