Bir müddət bundan öncə Dövlət Sərhəd Xidməti (DSX) cari ilin iyul ayı ilə bağlı statikstik göstəriciləri ictimaiyyiləşdirib. Təqdim edilən məlumatlarda sərhədçilərimizin bir neçə istiqamətdə əldə etdiyi nailiyyətlərlə yanaşı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı uğöurlu mübarizə ilə bağlı da maraqlı statistika yer alıb.
Statistikadan məlum olub ki, DSX 2026-cı ilin iyul ayında narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 105 kiloqram 793 qram narkоtik vasitənin ələ keçirilməsinə nail olub.
Bundan başqa, 64 litr narkotik məhlul və 3309 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb ki, bu da ölkəmizi təhdid edən təhlükənin miqyasından xəbər verir. Eyni zamanda, məlum statistika sübut edir ki, DSX yalnız qanunsuz miqrasiyaya qarşı deyil, eləcə də, müasir dünyanın ən böyük problelərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı da uğurla mübarizə aparmaqda, xalqımızın genefondunun qorunmasına ciddi töhfələr verməkdədir. Təkcə iyul ayı ərzində DSX-nın 100 kq-dan çox qanunsuz narkotik vasitə, minlərlə həb ələ keçirməsi faktı, on minlərlə insanın həyat və sağlamlığının sərhədçilərimizin fədakarlığı sayəsində xilas edildiyini göstərir.
“Bu məsələdə hər kəsin əlaqədar dövlət qurumlarına dəstək verməsi vacibdir”
Mövzu ilə bağlı saytımıza açıqlama verən professor Adil Qeybulla, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsinin həyati əhəmiyyət kəsb etdiyini bildirib. Professor qeyd edib ki, bu mübarizə hər şeydən öncə xalqımızın genefondunun qorunması baxımından olduqca önəmlidir:
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə xalqımızın sağlamlığının, onun genefondunun qorunması baxımından həyati əhəmiyyətə malikdir. Narkotik çox böyük bəladır və bu bəla çox insanları, çox ailələri bədbəxt edib. Odur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının qətiyyətlə alınması olduqca vacibdir. Bu baxımdan müvafiq dövlət qurumlarının bu bəlaya qarşı apardığı mübarizə təqdir olunmalı, alqışlanmalıdır.
Biz narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni sərtləşdirməli, kimlərinsə xalqımızı zəhərləməsinə, onun genefonduna ölmcül zərbə endirməsinə imkan verməməliyik. Bu məsələdə hər kəsin ayıq-sayıqlıq sərgiləməsi, əlaqədar dövlət qurumlarına dəstək verməsi vacibdir”.
PUA və müasir texnologiyalarla narkotik nəqli: Çətinləşən mübarizə, artan peşəkarlıq!
Heç kimə sirr deyil ki, müasir texnologiyaların sürətli inkişafı bütün dünyada olduğu kimi Cənubi Qafqaz regionunda da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni çətinləşdirməkdə, spesifik bacarıq və peşəkarlıq tələb etməkdədir. Buna səbəb bəzi hallarda narkotacirlərin öz çirkin məqsədlərini həyata keçirmək üçün PUA və digər müasir texnologiyalardan istifadəyə cəhd etməsidir.
Narkotacirləri PUA-lardan istifadəyə marağının artması bu texnologiyanın onlar üçün daha az risk kəsb etməsi ilə bağlıdır. PUA-lar məsafədən idarə olunduğundan onların daşıdığı yük de-şifrə olunduğu təqdirdə belə, sifarişçi və ya icraçılar həmin an üçün fiziki baxımdan öz təhlükəsizliklərini təmin edə bilirlər.
Bundan başqa, hava şəraitindən asılı olaraq PUA-ların vaxtında təsbiti bəzi çətinliklər yarada bilər ki, bu da narkotikin təyinat nöqtəsinə çatması şansını artırır. Bu səbəbdən də bəzi hallarda narkotiklərin məhz PUA vasitəsilə daşınması müşahidə edilməkdədir. Məlumat üçün qeyd edək ki, son illər DSX bir neçə dəfə narkotiklərin PUA-larla daşınması halları ilə qarşılaşmış və prosesə çevik müdaxilə edərək qanunsuz narkotik dövriyyəsinin qarşısını uğurla almışdır.
Ümumiyyətlə, narkotiklərin müasir texnologiyalarla daşınmasına artan maraq fonunda sərhədçilər də öz bilik və bacarıqlarını mütəmadi əkildə artırmaqda, yeni nəsil texnologiyalarla işləmək qaibliyyətlərini dinamik şəkildə yüksəltməkdədir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan sərhədləri bugünə qədər olduğu kimi, bundan sonra da narkotik qaçaqmalçıları üçün keçilməz olaraq qalacaq, genefondumuzun sağlamlığı etibarlı şəkildə qorunacaq.
Fərid İmranlı