İran ABŞ-la danışıqların bərpası üçün əsas şərtlərini açıqlayıb.


Moderator.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.






İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-ı İrana qarşı hərbi əməliyyatları dayandırmağa və ölkənin dondurulmuş aktivlərini azad etməyə çağırıb.


O, bu fikirləri Çin səfiri ilə görüşündə səsləndirib.


Rzayinin sözlərinə görə, ABŞ davranışını dəyişməyənə və İranın şərtlərini qəbul etməyənə qədər Hörmüz boğazı bağlı qalacaq.


O bildirib ki, Vaşinqton müharibəyə son qoymalı, İranın dondurulmuş vəsaitlərini qaytarmalı və Livan, Qəzza da daxil olmaqla regiondakı münaqişələrin dayandırılması istiqamətində addımlar atmalıdır.


İran rəsmisi həmçinin Tehran və Pekin arasında strateji tərəfdaşlığın möhkəmləndiyini və iki ölkənin ŞƏT və BRİKS çərçivəsində əməkdaşlıq etdiyini vurğulayıb.


Rzayi əlavə edib ki, İran və Oman arasında Hörmüz boğazında naviqasiya ilə bağlı mümkün razılaşma ayrıca müzakirə olunacaq. Onun sözlərinə görə, bu, boğazın mövcud blokadasının avtomatik olaraq aradan qaldırılması demək deyil.