Nargin adasına sürgün edilmiş qərbi azərbaycanlının qohumu dəhşətli FAKTLAR AÇIQLADI - VİDEO
12 Aug 2026, 12:52 30 baxış 1 dəq oxuma
"Mənim əmim Azərbaycan Ordusunun başçısı Qambay Vəzirovun müavini idi".
Moderator.az xəbər verir ki, bu sözləri "Qərbi Azərbaycan" TV-yə müsahibəsi zamanı Elmira Bağırova deyib.
"Əmimi 1937-ci ildə tutmuşdular. Ona tərtib etdikləri sənədə qol çəkmək üçün təkid ediblər, amma o razılaşmayıb. Orada əmimlə birlikdə olan, amma sonra azadlığa çıxa bilən bir nəfər danışıb. Deyir ki, Sultanı gördüm. Onu döşəməyə qırıq-qırıq şüşələr töküb üstündə sürüyürdülər".
Elmira Bağırova daha sonra əmisinin Nargin adasına sürgün edildiyini deyib.