Kolumbiyada dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə üç günlük milli matəm elan edilib.


Moderator.az-ın xəbərinə görə, bu barədə "BluRadio2" radiostansiyası hökumət qərarına istinadən məlumat verib.






Məlumata görə, matəm müddətində hökumət qurumları binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirliklərində və konsulluq nümayəndəliklərində bayraqlar endiriləcək.