Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.


Bu barədə Moderator.az-a Elm və Təhsil NAzirliyindən məlumat verilib.






Bildirilib ki, qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.


Qeyd edilib ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.