Mingəçevirdə 21 yaşlı gənc suda çimərkən boğulub.


Moderator.az xəbər verir ki, hadisə Mingəçevir şəhər çimərliyində qeydə alınıb.






Belə ki,Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu suda batıb.


Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.


***


Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfər batıb.


Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.


Əlavə məlumat veriləcək.