Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1990-cı il təvəllüdlü Məmmədli Məqsəd Əlisahib oğlunun meyiti aşkarlanıb.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
21:40
AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu dənizdə boğularaq ölüb.
Moderator.az xəbər verir ki, bu barədə AzTV-nin “Facebook” hesabında məlumat verilib.
Onun İnformasiya Proqramları studiyasının prodüseri olduğu bildirilir.