"UTair" aviaşirkətinin Rusiyanın Tümen şəhərindən Bakıya uçan təyyarəsi texniki səbəbdən Ufada planlaşdırılmamış eniş edib.


Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.






"Avqustun 12-də yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə 20:15 - red.) "UTair" aviaşirkətinin Tümen-Bakı marşrutu üzrə reysi yerinə yetirən təyyarəsi "Ufa" beynəlxalq hava limanında məcburi eniş edib. Marşrutdan kənaraçıxmaya texniki səbəbdən ekipajın qərarı ilə yol verilib", - deyə məlumatda bildirilir.


Qeyd olunur ki, eniş ştat rejimində baş tutub. Nəqliyyat prokurorluğu tərəfindən nəzarət tədbirləri təşkil olunub, sərnişinlərin hüquqlarının qorunmasına nəzarət edilir.