Yevlaxda ölümə səbəbolan yol qəzası olub.
 




Moderator.az xəbər verir ki, hadisə Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Yevlax tayonunun Salahlı kəndindən keçən hissəsində baş verib.
 
Beləki, Aqşin Hüseynovun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobillə Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən hərəkətdə olan Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı avtomobili ilə toqquşub. Nəticədə Akif Hacıyev və həmin avtomobildə olan sərnişin Sabir Hacıyev almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüş və həmin avtomobildə olan digər sərnişinlər- Elcan Hacıyev, Əli Hacıyev, Nihad Hacıyev və Rza Xurşudov xəsarət alıblar.
 
Faktı üzrə araşdırma aparılır.