Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, 12 avqust 2026-cı il tarixində Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
12 avqust, 19:30
Mingəçevirdə 21 yaşlı gənc suda çimərkən boğulub.
Moderator.az xəbər verir ki, hadisə Mingəçevir şəhər çimərliyində qeydə alınıb.
Belə ki,Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu suda batıb.
Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfər batıb.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.