Salvador sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
 




Moderator.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
 
Zəlzələnin episentri Çirilagua şəhərindən 69 kilometr cənub-qərbdə, ocağı isə 56 kilometr dərinlikdə olub.
 
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.