Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib.
 




Moderator.az APA-ya istinadən xəbər verir ki, rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər - 1976-cı il təvəllüdlü M.Allahverdiyeva, 1980-ci il təvəllüdlü A.Allahverdiyev, 1984-cü il təvəllüdlü S.Əliyev, 1986-cı il E.Cabbarov və 1975-ci il təvəllüdü M.Orucova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Yoluxucu xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar.
 
Əvvəlcə onların qidadan zəhərləndiyi ehtimal olunub.
 
Aparılan ilkin müayinələr nəticəsində onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib.
 
Hazırda araşdırma aparılır.
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Samuxda baş verən hadisə nəzarətdədir.
 
"Hadisənin səbəblərinin, həmçinin, qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.
 
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə AQTA-da qeyd ediblər.
 
08:57
 

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
 
İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhət adına xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilib.
 
Xəstəxanaya yerləşdirilən şəxslər 42 yaşlı Seymur Əliyev, 40 yaşlı Elçin Cabbarov, 51 yaşlı Mehriban Orucova, 46 yaşlı Azər Allahverdiyev və 50 yaşlı Məlahət Allahverdiyevadır.
 
Zəhərlənən şəxslərin Kəlbəcər, Daşkəsən və Gəncə sakinləri olduğu bildirilir.
 
İlkin ehtimala görə, onların ət məhsulundan zəhərləndiyi güman edilir.
 
Faktla bağlı araşdırma başlanılıb.