Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərini mübadilə ediblər.
 




Moderator.az bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, xüsusi hərbi əməliyyat məsələləri üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev RBC-yə məlumat verib.
 
Məlumata görə, Rusiya tərəfi 261, Ukrayna tərəfi isə 24 cəsəd təhvil verib.
 
Xatırladaq ki, Moskva və Kiyev arasında sonuncu dəfə həlak olan əsgərlərin cəsəd mübadiləsi iyulun 16-da baş tutub. Saraliyev bildirib ki, o zaman Rusiya tərəfinə 31, Ukrayna tərəfinə isə 501 cəsəd verilib.