"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib.
Moderator.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
12-ci dəqiqədə Jali Muaddib hesabı açıb. 69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
Beləliklə, Polşadakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Qarabağ" UEFA Avropa Liqasında pley-offa yüksəlib.
"Köhlən atlar" bu raundda "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ikinci qol vurulub.
Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ikinci hissə başlayıb.
Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ilk hissə başa çatıb.
Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda hesab açılıb.
Moderator.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyunu başlayıb.
Moderator.az-ın məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Stüart Attuelldir.
Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
19:11
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və Ukraynanın "Dinamo" komandalarının start heyətləri bəlli olub.
Moderator.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.
"Dinamo": 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflər arasında Polşada keçirilən ilk görüş Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.