Bu gün Misli Premyer Liqasında yeni mövsümə start verilir.
Moderator.az xəbər verir ki, ilk oyun günündə "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək.
Tovuz şəhər stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.
Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda daha beş görüş keçiriləcək.
Belə ki, "Araz-Naxçıvan" "İmişli"ni, "Sabah" "Kəpəz"i avqustun 15-də, "Sumqayıt" "Neftçi"ni, "Zirə" "Şəfa"nı avqustun 16-da qəbul edəcək.
Tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.
14 avqust
Misli Premyer Liqası
I tur
19:30, "Turan Tovuz" - "Qəbələ".
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu