Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
 




Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a bildirilib ki, avqustun 15-də mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.