General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.
 




Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.
 
General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin edilib.
 
Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.