Baş Prokurorluq mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yayıb. Məlumatda 44 günlük Vətən müharibəsinin başa çatmasından bugünə qədər 73 nəfərin həlak olduğu, 363 nəfəirn isə müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd olunub.


Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, baş verən hər bir mina partlayışına görə Ermənistanın məsuliyyət daşıdığını bildirib:







“Şübhəsiz, işğaldan azad edilən ərazilərdə baş verən hər bir mina partlayışına görə məsuliyyət Ermənistanın üzərinə düşür. Çünki məhz Ermənistan uzun illər ərzində ölkəmizə qarşı mina terrorundna istifadə edib, yüzlərlə vətəndaşımızın faciəsinə səbəb olub. Ən təəssüfedici məqamlardan biri isə budur ki, günümüzdə də vətəndaşlarımız mina terrorunun qurbanı olmaqda davam edir.


Hesab edirəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da Ermənistanın mina cinayətləri ilə bağlı hər bir fakt dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, bu cinayətlərin hər biri ən yüksək səviyyədə ifşa edilməlidir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistan Azərbaycanın timsalında bütün bəşəriyyətə qarşı ağır cinayətlər törədib və bu cinayətlər günümüzdə də davam etməkdədir”.


Seymur ƏLİYEV