Kolumbiyada avqustun 10-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 3 971 nəfər yaralanıb, 379 nəfərin isə itkin düşdüyü bildirilir.


Moderator.az xəbər verir ki, bu barədə yerli "Blu Radio" məlumat yayıb.






Ən çox ölüm hadisəsi ölkənin Kali şəhərində qeydə alınıb. Burada 96 nəfərin həyatını itirdiyi bildirilir.


Hazırda xilasetmə və axtarış işləri davam edir. 379 nəfərin taleyinin hələ də məlum olmaması səbəbindən ölənlərin sayının arta biləcəyi istisna edilmir.