Sumqayıt şəhərində fəaliyyət göstərən kafe tamamilə yanıb.


Moderator.az-ın məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində baş verib.






Hadisə nəticəsində Anar Xanhüseyn oğlu Mirzəliyevin icarədarı olduğu, ümumi sahəsi 200 kvadratmetr olan "Qızıl Qaya" kafesi tamamilə yanıb.


Yanğının başvermə səbəbləri araşdırılır.