2026/2027 mövsümünə hazırlığı Türkiyənin Bolu bölgəsində davam etdirən "Səbail" futbol komandası ilk yoxlama oyununda qələbə qazanıb.


Moderator.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Respublikasının TOL klubunu 1:0 hesabı ilə məğlub edib.






Oyunda yeganə qolu Rubin Seyidov vurub.


Qeyd edək ki, "Səbail" Boluda növbəti yoxlama oyununu avqustun 19-da keçirəcək. Rəqib hələ dəqiqləşməyib.