Xalq artisti, görkəmli sənətkar Elmira Rəhimova ötən gün 89 yaşına qədəm qoyub. Sənətkar doğum gününü ailəsi ilə birlikdə paytaxt restoranlarından birində qeyd edib.







Xalq artistinin doğum günündən özəl görüntüləri Moderator.az lentə alıb.



Fotolarda sənətkarın oğlu və nəvələri yer alıb.



Qeyd edək ki, görkəmli sənətkar illərdir efirlərə çıxmır və müsahibə vermir. Xalq artisti özəl olaraq vaxtaşırı yalnız Moderator.az-a müsahibə verir, sevənlərini, oxucularını salamlayır.



Görkəmli müğənni ötən gün saytımıza verdiyi özəl açıqlamasında arzularından danışıb:



“Mənim nə arzum ola bilər ki? Əlbəttə ki, arzularım dövlətimlə, millətimlə, ailəmlə bağlıdır. Hər zaman demişəm, yenə də deyəcəm ki, bizim xalqdan, millətdən heç bir ölkədə yoxdur. İnsanlar həm musiqiyə, həm mədəniyyətə dəyər verirlər. Bu əlbəttə ki, məni çox sevindirir. Bilirsiniz ki, mən dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşam, musiqimizi təbliğ etmişəm. Hər getdiyim ölkədən mənə orada qalıb, sənətimi davam etdirmək təklifi gəlib. Mən heç vaxt gedib başqa ölkədə yaşaya bilməzdim. Ona görə də dəvətləri qəbul etməmişəm. Bu gün düşünürəm ki, vaxtında düzgün qərar vermişəm”.