Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Nardaran qəsəbəsində hovuzda ayağı su nasosunda sıxılan 2022-ci il təvəllüdlü Akif Cavid oğlu Abdullayevin xilas edilməsi üçün əməliyyat keçirilib.
Xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən operativ tədbirlər, o cümlədən reanimatoloji müdaxilələr həyata keçirilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
22:41
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea breeze" istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Moderator.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.