İndoneziya sahillərində 7,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Mlumata görə, İndoneziyanın Şərqi Nusa Tenqara qubernatoru bildirib ki, şənbə günü səhər tezdən İndoneziyanın şərq sahillərində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ən azı beş nəfər həlak olub.
Onun sözlərinə görə, qurbanlar zəlzələ zamanı evdə olublar.
Əsas zəlzələdən sonra bölgədə onlarla afterşok qeydə alınıb. İndoneziyanın bir neçə ərazisində hündürlüyü bir metrdən az olan sunamilər qeydə alınıb.
Zəlzələdən təxminən üç saat sonra sunami xəbərdarlığı ləğv edilib.