“Barselona”nın hücumçusu Ferran Torres karyerasını PSJ-də davam etdirəcək.
 




Moderator.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 
 
Məlumata görə, 26 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilədək müqavilə imzalanıb. Xatırladaq ki, Ferran Torres dünya çempionatının finalında İspaniyanın Argentinanın qapısına vurduğu yeganə qolun müəllifidir.