İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin İran və Yaxın Şərq siyasətini tənqid edərək bildirib ki, Amerika idarəetmə sistemi və xarici siyasəti həddindən artıq yalanlara əsaslanır.
 




Moderator.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
 
Bəqai qiymətləndirməsinə Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanından bir sitat əlavə edib:
 
"Dostoyevskinin "Karamazov qardaşları" romanından bu hissə ABŞ-ın İrana və regiona münasibətdə idarəçilik sistemi və xarici siyasətinin ‘yalanlara’ həddindən artıq söykənməsi nəticəsində düşdüyü vəziyyəti çox dəqiq təsvir edir:
 
"İnsan özünə yalan danışıb öz yalanına inanmağa başladıqda elə bir vəziyyətə düşür ki, daxilində və ətrafında həqiqəti ayırd edə bilmir. Beləliklə, həm özünə, həm də başqalarına olan hörmətini itirir". 
 
Fyodor Dostoyevski, “Karamazov qardaşları"