Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.
 




Moderator.az bu barədə Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
 
İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib.
 
Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib.
 
Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.