Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub.




 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb.
 
Məlumata görə, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 556 əsas küçə və prospektləri bitki və canlılar üçün ziyansız yuyucu maddələrlə yuyulub. İməcilik zamanı istifadə edilən yuyucu maddələr xarici ölkələrdə də geniş tətbiq olunur və heç bir təhlükəsi yoxdur.
 
Eyni zamanda, paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə BŞİH və rayon icra hakimiyyətlərinin (RİH) birgə təşkilatçılığı ilə bu gün axşam saat 19:00-dan sakinlərimizin və şəhərin qonaqlarının sevimli istirahət məkanları olan Xətai rayonundakı Nizami Gəncəvi parkında, Nərimanov rayonunda "Gənclik" metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçiriləcək.
 
11:41
 

Bu gün paytaxtda növbəti genişmiqyaslı daxili iməcilik keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız maddələrlə yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, köşk və dayanacaqlar yuyulub.
 
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, qurumuş budaqlar budanıb, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Eyni zamanda, park, prospekt və küçə kənarlarında şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayan rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
 
İməciliklə yanaşı, həm də paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu gün axşam saat 19-dan sakinlərimizin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət məkanları olan Xətai rayonundakı Nizami Gəncəvi parkında, Nərimanov rayonunda "Gənclik" metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev parkında və Mərkəzi Nəbatat Bağında açıq hava konsertləri keçiriləcək.
 
Məlumat üçün qeyd etmək lazımdır ki, axşam konsertlərinin keçirilməsinə keçən həftədən start verilib və bu konsertlər yayın sonuna kimi davam edəcək.