Ucarda yol qəzası olub.






Moderator.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, “Mercedes” markalı minik maşını ilə “Hyundai” markalı minik maşını toqquşub. Nəticədə 6 nəfər xəsarət alıb.


Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma başlanılıb.


(qafqazinfo)