Ucarda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların adları məlum olub.
Moderator.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində Bakı şəhər sakinləri - 1971-ci il təvəllüdlü Zaur Rzayev, 2002-ci il təvəllüdlü Nuranə Rzayeva, 1983-cü il təvəllüdlü Xəyalə Rzayeva, 1994-cü il təvəllüdlü Namaz Bayramlı, 2023-cü il təvəllüdlü Salman Bayramlı, həmçinin "Hyundai" markalı avtomobilin sürücüsü Kamran Ağababayev xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
18:59
Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Nəticədə altı nəfər xəsarət alıb.
Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.