Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib.


Moderator.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.






"Bank Respublika Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə isə Xander Severina "Sabah"ın ikinci qolunu vuraraq hesabı müəyyənləşdirib.


"Araz-Naxçıvan" və "İmişli" komandaları arasında keçirilən günün ilk oyununda isə qalib müəyyənləşməyib.


Xatırladaq ki, turun açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.


İlk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.