“İlin-günün bu vaxtında metro xətlərinin təmirə bağlanması qətiyyən doğru deyil. Siz nə danışırsınız? 28 may metrosu ən tələbatlı və gündəlik gedişli-gəlişli xətdir. Oradan Bakı kəndlərinə rahat gedirdilər. İnsanlar niyə əlavə 60 qəpik pul verib mənzil başına getməlidirlər? Tutaq ki, 60 qəpiyə göz yumduq, axı metro tez gedirdi. Avtobusda tıxacda qalacaqlar. Nəzərə alsaq ki, sentyabrın 15-də məktəblər açılır, vəziyyət daha da kritik olacaq”


Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.






O daha sonra əlavə edib:


“Mən şəhərə gələndə maşından istifadə etmirəm. Çünki maşını harada saxlayım bilmirəm. Harada saxlasan, cərimədir. Bilmirəm, bu məmurlar xalqı niyə incidirlər?! Görürəm ki, sosial şəbəkələrdə də insanlar narazılıq edir, etirazlarını bildirirlər. Bu da normaldır. Axı o məmurlar avtobusla, metro ilə getmirlər.. Əziyyəti çəkən xalqdır. Özlərinin maşınları, villaları, daha nələri yoxdur ki?! Bu məmurların əksəriyyəti çaşıblar, yollarını azıblar. Bu təmiri hissə-hissə, 3 ay tətildə etmək olardı. Bunlar işlərini bilmirlər, vallah” deyə sənətçi bildirib.