Rusiya Müdafiə Nazirliyi bir gecə ərzində ölkə ərazisi və Qara və Azov dənizləri üzərində 822 Ukrayna pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.


Moderator.az "TASS"-a istinadla xəbər verir ki, nazirliyin məlumatına görə, PUA-lar 15 avqust saat 21:00-dan 16 avqust saat 09:00-dək (Bakı vaxtı ilə) Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkarlanaraq məhv edilib.






Pilotsuz uçuş aparatlarının Belqorod, Bryansk, Vladimir, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Nijni Novqorod, Oryol, Rostov, Ryazan, Tambov və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı və Krım üzərində, həmçinin Qara və Azov dənizləri üzərində vurulduğu bildirilib.


Məlumatın Ukrayna tərəfi tərəfindən müstəqil şəkildə təsdiqlənmədiyi qeyd olunur.