“Liverpul”un hücumçusu Kodi Qakpo “Tottenhem”lə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Bu barədə TEAMtalk nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, 27 yaşlı niderlandlı futbolçu “Liverpul” rəhbərliyinə “Tottenhem”ə keçmək istədiyini bildirib.
Qakponun qərarına gələcək mövsümdə komandada yüksək rəqabətin olacağı və oyun vaxtının azalması ehtimalı təsir edib. Hücumçu yeni peşəkar çağırış qəbul etmək istəyir.
Qeyd olunur ki, Qakpo ilə “Tottenhem”lə yanaşı, “Leypsiq” də maraqlanır.
Niderland millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 52 matçda iştirak edib, 9 qol vurub və 6 məhsuldar ötürmə verib.