Kariba gölündə qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.


Moderator.az xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.






"Avqustun 11-də Kariba gölündə qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı daha səkkiz cəsədin tapılmasından sonra 80-ə yüksəlib", - paylaşımda bildirilib.


Daha əvvəl 72 nəfərin cəsədinin tapıldığı bildirilmişdi. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Bu əməliyyatlarda təkcə peşəkar xilasedicilər deyil, həm də yerli dənizçilər iştirak edirlər.